SOCAR qaz hasilatını 5%-dən çox azaldıb

SOCAR qaz hasilatını 5%-dən çox azaldıb
# 19 aprel 2016 11:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin mart ayında SOCAR tərəfindən 547,8 min kubmetr qaz hasil edilib.


"APA-Economics" SOCAR-ın açıqladığı statistik göstəricilərə istinadən xəbər verir ki, bu, 2015-ci ilin mart ayı ilə müqayisədə 5,61% azdır. Bu ilin fevral ayı ilə müqayisədə isə SOCAR-ın qaz hasilatı 8,60% artıb.

Bu ilin yanvar-mart aylarında SOCAR tərəfindən həyata keçirilən təbii qaz hasilatı 1 595,3 min kubmetrə bərabər olub ki, bu da 2015-ci ilin üç ayı ilə müqayisədə 4,45% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 543,1 min kubmetr, fevral ayında isə 504,4 min kubmetr təbii qaz hasil edilib.

Bu ilin mart ayında bütün ölkə üzrə 2 mln. 583 min kubmetr qaz hasil edilib ki, bu da 2015-ci ilin eyni ayı ilə müqayisədə 0,24% azdır. Bu ilin fevral ayı ilə müqayisədə isə bu rəqəm 9,08% artıb.

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 7 471 min kubmetr təbii qaz hasil olunub ki, bu da 2015-ci ilin üç ayı ilə müqayisədə 0,75% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 2 mln. 520 min kubmetr, fevral ayında isə 2 368 min kubmetr təbii qaz hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR