Raul Kastro və Barak Obama arasında görüş başlayıb

Raul Kastro və Barak Obama arasında görüş başlayıb
# 21 mart 2016 17:12 (UTC +04:00)

Bakı-APA. Kubanın Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro və ABŞ prezidenti Barak Obama arasında Havanada İnqilab sarayında görüş başlayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, dövlət himnlərinin oxunmasından sonra liderlər fəxri qarovulun qarşısından keçiblər.

Danışıqlardan sonra mətbuat konfransının olacağı gözlənilir.

Qeyd edək ki, bundan əvvəl B. Obama Kubanın Milli Qəhrəmanı Xose Martinin abidəsi önünə gül dəstəsi qoyub, Marti muzeyini ziyarət edib, fəxri qonaqlar üçün kitaba ürək sözlərini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR