Alyaska sahillərində zəlzələ olub

Alyaska sahillərində zəlzələ olub
# 13 mart 2016 06:29 (UTC +04:00)

Bakı - APA. Bu gün yerli vaxtla saat 04:19 radələrində ABŞ-ın Alyaska ştatı sahillərində 5,4 maqnitudalı zəlzələ baş verib.

APA-nın Ria Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin ocağı Atka şəhərindən 74 km cənub-qərbdə, 10 km dərinlikdədir. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

Qeyd edək ki, bundan əvvəl şənbə günü Atka şəhəri yaxınlığında 5,4, 6,4 və 4,9 maqnitudalı zəlzələ baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR