İSB: Sığorta müqavilələrinin sayında və daxilolmaların məbləğində azalma müşahidə edilir

İSB: Sığorta müqavilələrinin sayında və daxilolmaların məbləğində azalma müşahidə edilir
# 01 avqust 2016 07:51 (UTC +04:00)

Bakı - APA-Economics. 2016-cı ilin iyul ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 102 min 485 müqavilə qeydiyyata alınıb.

İSB-dən "APA-Economics"ə verilən məlumata görə, bunların 15 min 550-si xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan nəqliyyat vasitələri təşkil edib. 2016-cı ilin iyun ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 8 mln. manat olub.

2015-ci ilin iyul ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 11,4%, sığorta haqlarının məbləğində isə 15,6% azalma müşahidə edilib.

İyul ayında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin iyun ayı ilə müqayisədə 1,9% azalaraq 77,9 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR