Bakı-APA. Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 18-21, gündüz 26-30 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq. Axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var.