Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Xorvatiya, Serbiya və Monteneqroda görüşlər keçirib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Xorvatiya, Serbiya və Monteneqroda görüşlər keçirib
# 26 oktyabr 2015 08:10 (UTC +04:00)

Bakı – APA. 2016-cı il Bakıda keçirilməsi planlaşdırılan 4-cü Qlobal Bakı Forumuna hazırlıq məqsədi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov Xorvatiya, Serbiya və Monteneqroda bir sıra görüşlər keçirib.

Mərkəzdən APA-ya verilən məlumata görə, səfər zamanı Monteneqro prezidenti Filip Vuyanoviç, Xorvatiya prezidenti xanım Kolinda Kitaroviç, Xorvatiyanın sabiq prezidentləri Stepan Mesiç və İvo Yosopoviçlə keçirilən görüşlər zamanı Mərkəzin Bolqarıstanda təşkil etdiyi Ali Səviyyəli toplantının nəticələri haqqında məlumat verilib, 2016-cı il Bakıda keçiriləcək 4-cü Qlobal Bakı Forumu və müzakirə olunacaq mövzular ətrafında fikir mübadiləsi aparılıb.


Görüşlərdə ölkə rəhbərləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Avropanı və dünyanı narahat edən mövzuların müzakirə ediləcəyi qlobal bir platforma yaratmasının əhəmiyyətini vurğulayıblar. Həmçinin Mərkəz növbəti Ali Səviyyəli Toplantılarını Xorvatiya və Monteneqroda keçirməyə dəvət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR