Deputatlığa namizəd Jalə Əliyeva seçicilər ilə görüşlərini davam etdirir - FOTOSESSİYA

Deputatlığa namizəd Jalə Əliyeva seçicilər ilə görüşlərini davam etdirir - <span style="color: red;">FOTOSESSİYA
# 20 oktyabr 2015 13:42 (UTC +04:00)

Bakı-APA. Milli Məclisə seçkilərə 92 saylı Zərdab-Ucar seçki dairəsidən deputatlığa namizəd Jalə Əliyevanın Zərdab kəndlərində seçicilərlə görüşləri davam edir.

APA-nın məlumatına görə, namizəd bu dəfə Dəliquşçu kəndində seçiciləri ilə görüşüb. Seçicilərlə görüşən Jalə Əliyeva onların problemlərini dinləyib və geniş fikir mübadiləsi aparıb. J.Əliyeva seçiciləri ilə son zamanların ən aktual məsələrdən biri olan cəmiyyətimizdə qadınların rolu məsələsindən də danışıb. O bildirib ki, bu gün cəmiyyətdə qadınların rolunun artırılmasında, onlara qarşı hər cür zorakılıq hallarının aradan qaldırılmasında əhəmiyyətli olan mövcud qanunların təkmilləşdirilməsi və yenilərinin qəbulunda dövlət səviyyəsində çox yüksək səviyyədə işlər görülür. Əhalinin mənzil probleminin həllində görülən işləri seçicilərinin diqqətinə çatdıran J.Əliyeva bildirib ki, bu dövlətimizin qarşısında duran əsas prioritet məsələlərdən biridir. Prezidentimiz də bu istiqamətdə çox böyük işlər həyata keçirir. Daha sonra 5 illik deputatlıq fəaliyyətindən söhbət açan J.Əliyeva deyib ki, o daim seçicilərinin problemlərini, Zərdabı narahat edən məsələləri diqqət mərkəzində saxlayıb və onların həlli üçün mümkün olan bütün addımları atıb: "Zərdab mənim üçün çox doğma yerdir. Mən hər bir zərdablının qarşılaşdığı problemi, üzləşdiyi çətinliyi öz şəxsi məsələmdən ayrı bilməmişəm. Seçki platformamda seçicilərimə nə vəd vermişdimsə, mərhələ-mərhələ onların həlli üçün çalışmışam. Bütün fəaliyyətim boyu daima seçicilərimdən dəstək görmüşəm. Buna görə, sizə çox təşəkkür edirəm".

Çıxış edənlər bildiriblər ki, Jalə Əliyeva bütün sosial təbəqələrdən olan insanların, xüsusilə şəhid, müharibə veteranları, qadın və uşaqların problemlərinin həlli üçün mühüm addımlar atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR