Azərbaycanda sığorta ombudsmanı yaradıla bilər

Azərbaycanda sığorta ombudsmanı yaradıla bilər
# 23 iyun 2016 09:50 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Ötən il baş verən iki devalvasiya sığorta institutlarının maliyyə dayanıqlılığına təhdidlər yaradıb".


"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən VII Beynəlxalq Sığorta Forumunda Maliyyə Bazarlarına Nəzarət Palatasının Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov deyib.

Onun sözlərinə görə, beynəlxalq təcrübədə sığorta institutlarının maliyyə təhdidləri təxminən 4 rüb ərzində davam edir. "Biz hal-hazırda bunun ikinci rübünü yaşayırıq. Deməli, bundan sonra da iki rüb ərzində bu təhdidlər davam edəcək", - deyə A. Zülfüqarov qeyd edib.

Departament direktoru əlavə edib ki, sığorta sistemi üçün bir sıra risklər xarakterikdir: "Bu məqsədlə biz beynəlxalq səviyyədə qəbul edilmiş standartlara keçmək üzərində işlər görürük. Digər görəcəyimiz işlərə insanların sığorta məhsullarına əlçatanlığının artırılmasıdır. Bunun üçün sığorta bazarının yeni məhsulları yaratmasına ehtiyac var. İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində sığorta ombudsmanının yaradılması məqsədəuyğun olardı".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR