Nazir: "Neftin ucuzlaşması Azərbaycan-İsveçrə iqtisadi əlaqələrinə təsir edib"

Nazir: "Neftin ucuzlaşması Azərbaycan-İsveçrə iqtisadi əlaqələrinə təsir edib"
# 10 mart 2016 10:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "2015-ci ildə Azərbaycanla İsveçrə arasında iqtisadi əlaqələr bir az zəifləyib. Buna səbəb dünya bazarında xam neftin qiymətinin azalması olub".

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının iclasında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, sevindirici hal ondan ibarətdir ki, ölkələr arasında qeyri-neft sektoru üzrə ticarət dövriyyəsi 38% artıb.

"Bu gün Azərbaycanda 65 İsveçrə şirkəti fəaliyyət göstərir. Bu günə qədər İsveçrə şirkətləri Azərbaycana 220 milyon dollar investisiya yatırıb", - deyə Ş. Mustafayev vurğulayıb.

SOCAR-ın İsveçrədəki fəaliyyətinə toxunan nazir deyib ki, dövlət neft şirkəti bu ölkənin iqtisadiyyatına 400 milyon İsveçrə frankı dəyərində investisiya yatırıb: "SOCAR bu günə qədər İsveçrədə 148 yanacaqdoldurma məntəqəsinə sahibdir. SOCAR İsveçrə bazarında yanacaqdoldurma məntəqələri üzrə pərakəndə bazarının 7%, topdan satış bazarının 8%, maye-qaz bazarında isə 25% paya malikdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR