Laosda körpünün uçması nəticəsində 2 məktəbli ölüb, 3-ü itkin düşüb

Laosda körpünün uçması nəticəsində 2 məktəbli ölüb, 3-ü itkin düşüb
# 01 oktyabr 2016 05:45 (UTC +04:00)

Bakı-APA. Laosun şimal bölgəsində körpünün uçması nəticəsində 2 uşaq ölüb, 3-ü itkin düşüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ötən gün 57-si məktəbli olmaqla 59 nəfər taxta körpünün uçması səbəbindən suya düşüb.

Yerli sakinlərin köməyi ilə suya düşənlərin əksəriyyəti xilas edilib

Bir müddət sonra xilasedicilər 2 məktəblinin meyitini sudan çıxarıb, daha 3-ün axtarışları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR