Yol polisi hava şəraiti ilə əlaqədar sürücüləri diqqətli olmağa çağırıb

Yol polisi hava şəraiti ilə əlaqədar sürücüləri diqqətli olmağa çağırıb
# 09 dekabr 2015 08:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, hazırda respublikanın avtomobil yollarında nəqliyyatın hərəkətində hər hansı problem yoxdur.

O, bildirib ki, havaların yağmurlu keçməsi ilə əlaqədar olaraq yollarda hərəkət edən zaman sürücülər diqqətli olmalıdırlar: “Yağıntılı hava şəraiti ilə əlaqədar olaraq nəqliyyat vasitələri arasında ara məsafələrinə diqqət etmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR