Azərbaycan şahmatçısı Vüqar Həşimovun adına beynəlxalq mükafat təsis edilib

Azərbaycan şahmatçısı Vüqar Həşimovun adına beynəlxalq mükafat təsis edilib
# 26 yanvar 2016 20:04 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun adına beynəlxalq mükafat təsis edilib. Apasport.az saytının məlumatına görə, mükafat ilk dəfə Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə “Tata Steel Chess” super turnirində təqdim ediləcək.

Mükafatın qalibini jüri – ailəsi adindan qardaşı Sərxan Həşimov, Veyk-an-Zee turnirinin direktor Yerun van den Bera və yarışın baş hakimi Pavel Votruba seçəcək.

“Fair-play” qaydalarına riayət edən şahmatçı qalib adına layiq görüləcək.

Qalib seçilərkən Vüqar Həşimovun həmişə yarışlarda şahmata, azarkeşlərə və təşkilatçılara göstərdiyi hörmət prinsipi nəzərə alınacaq.

Mükafat yanvarın 31-də Veyk-an-Zee super turnirinin bağlanış mərasimi zamani təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR