İnsan haqları üzrə işçi qrupu toplaşır

İnsan haqları üzrə işçi qrupu toplaşır
# 22 dekabr 2015 12:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan vətəndaş cəmiyyətindən və hakimiyyət nümayəndələrindən ibarət birgə işçi qrupun növbəti iclası olacaq.

İşçi qrupdan APA-ya verilən məlumata görə, iclas dekabrın 24-də keçiriləcək. İclasda hüquq müdafiəçiləri, deputatlar, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşları iştirak edəcəklər.

Qeyd edək ki, 2005-2008-ci illərdə fəaliyyət göstərmiş işçi qrupun iclası prezident İlham Əliyevin və Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini 2014-cü il oktyabrın 22-də yenidən bərpa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR