İspaniya millisi AVRO-2016-dan kənarlaşdırıla bilər

İspaniya millisi AVRO-2016-dan kənarlaşdırıla bilər
# 16 fevral 2016 22:50 (UTC +04:00)

Bakı-APA. İspaniya milli komandasının AVRO-2016-dan kənarlaşdırılma ehtimalı yaranıb. Apasport.az saytının məlumatına görə, bu barədə məşhur “Marca” nəşri xəbər yayıb.

İspaniyalı həmkarlarımız iddia edir ki, İspaniya Kral Futbol Federasiyası (İKFF) milli komandanın qitə birinciliyində iştirakdan məhrum edilməsi üçün cəhdlər edəcək.

Buna səbəb isə federasiya prezidenti Anxel Mariya Vilyarın iki ispan klubuna qanunsuz ödəmə etməsi iddialarıdır. Əgər prezidentə qarşı hüquqi iddia qaldırılsa, İKFF millini qitə birinciliyindən məhrum edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR