İş yoldaşları Daşkəsən sakinini döyüblər

İş yoldaşları Daşkəsən sakinini döyüblər
# 08 aprel 2016 07:47 (UTC +04:00)

Daşkəsən. Azər Məmmədli – APA. Daşkəsəndə döyülmə faktı qeydə alınıb.

APA-nn qərb bürosunun məlumatlna görə, rayon sakini 1978-ci il təvəllüdlü Habil Əsgərov döş qəfəsinin küt travması və əzilməsi xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

H. Əsgərov bildirib ki, iş yerində iş yoldaşları tərəfindən döyülüb.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR