İmişlidə avtomobil iki velosipedçini vurub, onlardan biri ölüb

İmişlidə avtomobil iki velosipedçini vurub, onlardan biri ölüb
# 20 aprel 2016 13:31 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı - APA. İmişli rayonunda avtomobil 2 velosipedçini vurub, onlardan biri ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi aprelin 19-da qeydə alınıb.

İmişli rayonunun Qaragüvəndikli kənd sakini, 1967-ci il təvəllüdlü Əliyev Şahid Soltan oğlu idarə etdiyi “VAZ 21011” markalı, 10 BO 746 dövlət nömrə nişanlı avtomobillə iki velosipedçini - həmin kəndin sakinləri, 1976-cı il təvəllüdlü Gülmalıyev Ağabala İsmayıl oğlunu və 1984-cü il təvəllüdlü Nuriyev Xaləddin Arıq oğlunu vurub.

A.Gülmalıyev kəllə-beyin travması ilə və X.Nuriyev isə bazu sümüyünün sınığı xəsarətləri ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. A. Gülmalıyev bu gün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR