Gürcüstanın sabiq dövlət naziri güllələnib

Gürcüstanın sabiq dövlət naziri güllələnib
# 26 fevral 2016 12:54 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Naməlum şəxslər Gürcüstanın Azad Demokratlar Partiyasının liderlərindən biri, Avropa və avroatlantik inteqrasiya məsələləri üzrə sabiq dövlət naziri Aleksi Petriaşviliyə hücum edib, ona fiziki xəsarətlər yetirirək hər iki ayağından güllələyiblər.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan DİN-in açıqlamasında deyilir.

İlkin informasiyaya əsasən A. Petriaşvili 3 dostu ilə birlikdə sabiq diplomat Levan Mikeladzenin məzarını ziyarət edərkən hücuma məruz qalıb. Hadisə barədə polisə cinayət hadisəsinin baş verdiyi ərazinin sakinləri xəbər verib.

Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər yetirmə) cinayət işi açılıb.

Gürcüstan DİN hadisə şahidlərini istintaqla əməkdaşlıq etməyə çağırıb. A. Petriaşvilinin vəziyyəti hazırda stabildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR