Bakı. Yeganə Laçınzadə - APA-Economics. “SOCAR Trading” bərpa olunan kredit müqaviləsi (Revolving Credit Facility) imzalayıb.
“APA-Economics”in verdiyi xəbərə görə, bu şirkətin imzaladığı ilk belə müqavilədir.
Müqavilənin dəyəri 150 mln. dollardır.
Qeyd edək ki, bu müqavilə şirkətin mövcud sindikatlaşdırılmış borclarını və 20-dən çox maliyyə institutu ilə qarşılıqlı kreditlərini bağlayır. Bu kreditlər isə şirkətin mövcud və davamlı qlobal inkişaf strategiyasını dəstəkləyir.