Türkiyədə PKK hücumu nəticəsində 6 hərbçi şəhid olub

Türkiyədə PKK hücumu nəticəsində 6 hərbçi şəhid olub
# 24 iyun 2016 09:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Türkiyənin Mardin bölgəsində PKK terrorçularının təhlükəsizlik qüvvələrinə hücumu zamanı 2 hərbçi əsgər şəhid olub.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, Mardinin Derik rayonu ərazisindəki jandarma postu PKK-çıların hücumuna məruz qalıb. Komandanlıq kömək üçün hadisə yerinə əlavə qüvvə göndərib. Əlavə qüvvələr yaxınlaşarkən pusquda dayanmış terrorçular onlara atəş açıb. Nəticədə 2 hərbçi həlak olub.

Hakkari vilayətinin Çəmənli kəndində isə 4 hərbçi partayıcı qurğunun partaladılması nəticəsində şəhid olub.

Hər iki bölgədə PKK terrorçularına qarşı genişmiqyaslı əməliyyat başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR