Ukraynada Krımı elektrik enerjisi ilə təmin edən ötürücü xətt partladılıb

Ukraynada Krımı elektrik enerjisi ilə təmin edən ötürücü xətt partladılıb
# 22 noyabr 2015 01:21 (UTC +04:00)

Bakı-APA. Ukraynanın Xerson vilayətində Krımı elektrik enerjisi ilə təmin edən ötürücü xətt partladılıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “112 Ukrayna” telekanalı məlumat yayıb.

Məlumata görə, bu barədə “Facebook” səhifələrində Ukrayna DİN-nin nümayəndəsi İlya Kiva və Rusiyaya birləşdirilmiş yarımadanın ərazisində yayımına qadağa qoyulan ATR Krım-Tatar telekanalının baş redaktoru Osman Paşayev bildiriblər.

Qeyd edək ki, elektrik enerjisinin verilişində yaranmış problem nəticəsində yarımadadakı Simferopol, Sevastopol və digər iri şəhərlər işıqsız qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR