Azərbaycan neft hasilatçılarının Dohada keçiriləcək görüşündə iştirak edəcək - YENİLƏNİB

Azərbaycan neft hasilatçılarının Dohada keçiriləcək görüşündə iştirak edəcək - <span style="color: red;">YENİLƏNİB
# 07 aprel 2016 11:26 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Azərbaycan aprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcək neft hasilatçılarının görüşündə iştirak edəcək". APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, İran və Rusiya XİN başçılarının üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, görüşə Rusiya da qatılacaq. "Ümid edirik ki, həmin görüşdə bütün ölkələrin maraqlarına uyğun qərarlar qəbul ediləcək", - deyə o bildirib.

13:02

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin aprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcək neft hasilatçılarının görüşünə Azərbaycan tərəfi dəvət almayıb. Bu barədə "APA-Economics"ə Azərbaycanın Energetika Nazirliyindən məlumat verilib.

"Hələlik Azərbaycan tərəfinə heç bir dəvət gəlməyib", - deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, aprelin 17-də Dohada neft hasil edən ölkələrin nazirlərinin görüşü baş tutacaq. Görüşdə neft hasilatının dondurulması müzakirə olunacaq. Görüşün təşəbbüskarı olan Rusiya hesab edir ki, neft hasilatının dondurulması "qara qızıl"ın bahalaşmasına səbəb olacaq. Lakin İran tərəfi bildirib ki, neft hasilatını dondurmaq niyyətində deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR