Nadir şahın şəxsi münşisinin əsəri çap olunub

Nadir şahın şəxsi münşisinin əsəri çap olunub
# 08 aprel 2016 09:57 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Nadir şah Əfşarın şəxsi münşisi Mirzə Mehdi xan Astrabadinin “İnşa” əsəri çap olunub. AMEA-dan APA-ya verilən məlumata görə, əsər AMEA-nın Əlyazmalar İnstitutu və Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr edilib.

“Elm və təhsil” nəşriyyatında çapdan çıxmış kitabda bır sıra tarixi şəxsiyyətlərin məktubları, tarixi sənədləri yer alıb. “İnşa”ya daxil edilmiş sənədlər içərisində Nadir şahın məktubları Azərbaycan və İran tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Əsəri fars dilindən tərcümə edən və şərhlərin müəllifi Əlyazmalar İnstitutunun elmi işçisi Hacı Rauf Şeyxzamanlıdır.

Nəşrin redaktoru Əlyazmalar İnstitutunun direktor müavini, fil.ü.e.d. Paşa Kərimov, rəyçiləri Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və AMEA-nın müxbir üzvü Nizami Cəfərovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR