Azərbaycanda məhkəmə axtarışda olan Türkiyə vətəndaşının təhvil verilməsi barədə qərar çıxarıb

Azərbaycanda məhkəmə axtarışda olan Türkiyə vətəndaşının təhvil verilməsi barədə qərar çıxarıb
# 01 oktyabr 2016 07:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Türkiyədə axtarışda olan şəxsin öz ölkəsinə təhvil verilməsi barədə qərar qəbul edilib.

APA-nın məlumatına görə, Türkiyə Respublikasının Ankara 11-ci Əsliyyə Cəza Məhkəməsinin 13 dekabr 2006-cı il tarixli qərarı ilə Türkiyə Respublikasının Cəza Qanununun 142-ci (oğurluq) maddəsi ilə təqsirli bilinərək 3 (üç) il həbs cəzasına məhkum edilmiş Harmancı Barış Cemalettin oğluna təyin edilmiş cəzanın icrası üçün Türkiyə Respublikasına verilməsi (ekstradisiya olunması) barədə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qərar qəbul edilib.

Lakin qərarla razılaşmayan B. Harmancı apellyasiya şikayəti verib. Daha sonra o, apellyasiya şikayətindən imtina edilib. B. Harmancı yaxın günlərdə öz ölkəsinə təhvil veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR