Nazir: “Müdafiə Nazirliyi yüzlərlə “Zərbə” pilotsuz uçuş aparatı sifariş verib”

Nazir: “Müdafiə Nazirliyi yüzlərlə “Zərbə” pilotsuz uçuş aparatı sifariş verib”
# 27 sentyabr 2016 10:18 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. ““Zərbə” pilotsuz uçuş aparatı Ermənistan ordusunun ölüm kabusuna çevrilib. Hazırda Müdafiə Nazirliyi ilə danışıqlar gedir. Yüzlərlə pilotsuz uçuş aparatı sifariş verilib. Bu günlərdə müqavilə imzalanacaq”.

APA-nın xəbərinə görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Nazir Ermənistan ordusunun paradında "İsgəndər" raket kompleksinin nümayiş etdirilməsinə də münasibət bildirib. O qeyd edib ki, Ermənistan müstəqil dövlət olmadığı üçün onun keçirdiyi paradın da elə bir əhəmiyyəti yoxdur: “Ermənistana verilən "İsgəndər M" deyil. "İsgəndər M" 500 km məsafədə hədəfi vurur. Ermənistana verilən isə "İsgəndər E"-dir. "İsgəndər E"-nin 280 km məsafəni vurmaq imkanı var. "İsgəndər E" istismar müddətini başa vurmuş ballistik raketlərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR