MN: Erməni silahlı bölmələri atəşkəsi 14 dəfə pozub

MN: Erməni silahlı bölmələri atəşkəsi 14 dəfə pozub
# 04 oktyabr 2016 07:21 (UTC +04:00)

Bakı-APA. Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, işğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR