Qazaxda avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb

Qazaxda avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb
# 19 avqust 2016 16:10 (UTC +04:00)

Bakı - APA-Economics. Prezident İlham Əliyev Qazax rayonunun Qazax-Kosalar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"APA-Economics"in məlumatına görə, altı min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR