Bakıda "İldırım Ekspress" sürətli poçt məntəqəsində yanğın baş verib

Bakıda "İldırım Ekspress" sürətli poçt məntəqəsində yanğın baş verib
# 22 noyabr 2015 04:33 (UTC +04:00)

Bakı-APA. Bakıda gecə saatlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nərimanov rayonunda 11 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən "İLDIRIM EKSPRESS" beynəlxalq və ölkədaxili sürətli poçt məntəqəsinin zirzəmisində (ümumi sahəsi 150 kv.m) baş verib. Nəticədə 1 ədəd stol, 2 ədəd stul və sənədlər 35 kv.m sahədə yanıb. Poçt məntəqəsi və mənzillər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR