Naxçıvan-Bakı marşrutu ilə avtobus və təyyarələrlə daşınan sərnişinlərin sayı açıqlanıb

Naxçıvan-Bakı marşrutu ilə avtobus və təyyarələrlə daşınan sərnişinlərin sayı açıqlanıb
# 29 dekabr 2015 08:28 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Naxçıvan-Bakı marşrutu ilə 2015-ci ildə avtobus və təyyarələrlə daşınan sərnişinlərin sayı açıqlanıb.

APA-nın məlumatına görə, bu il Naxçıvandan Bakı şəhərinə işləyən avtobus marşrutunda xidmətin səviyyəsinin yüksəldilməsi üçün 4 ədəd yeni avtobus alınıb.

Bu il ərzində bu marşrut üzrə Naxçıvandan Bakıya 45942 nəfər, Bakıdan Naxçıvana isə 45703 nəfər sərnişin daşınıb.

Naxçıvan Beynəlxalq Hava Limanında yeni “Şərq Terminalı”, Şərur və Ordubad şəhərlərində isə aviakassa binalarının istifadəyə verilib. Bu il ərzində Naxçıvan-Bakı marşrutu üzrə 234 min 526 nəfər sərnişin, 3 milyon 885 min 471 kq baqaj, 770 min 557 kq yük və 24 min 391 kq poçt daşınıb. Beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva reysi ilə 3 min 149 nəfər, Naxçıvan-İstanbul reysi ilə 5 min 987 nəfər sərnişin daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR