Kerri: "ABŞ Moskvadakı görüşdən sonra Putinin qərarlarını daha yaxşı anlamağa başlayıb"

Kerri: "ABŞ Moskvadakı görüşdən sonra Putinin qərarlarını daha yaxşı anlamağa başlayıb"
# 25 mart 2016 04:42 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibi Con Kerri bildirib ki, Amerika tərəfi Moskva keçirilən danışıqlardan sonra Rusiya prezidenti Vladimir Putinin son zamanlar qəbul etdiyi qərarları daha yaxşı anlamağa başlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Kerri Moskvada keçirilən danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

“Bu gün biz Rusiya prezidenti Vladimir Putinin qəbul etdiyi qərarları və irəliləyişə hansı yolla nail olmağı daha yaxşı anlamağa başlamışıq”, - deyə Kerri Putinlə 4 saat davam edən qapalı görüşün yekunlarına dair bildirib.

Qeyd edək ki, Kerri bundan əvvəl Rusiya XİN-in rəhbəri Sergey Lavrovla da 4 saatlıq danışıqlar keçirib.

“Bizim qarşımızda hələ çox uzun yol durur, lakin mən artıq tərəfdaşlarımızla hansı addımları atacağımızı daha yaxşı anlayıram”, - deyə Kerri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR