Deputat Əhliman Əmiraslanov Türkiyə səfiri ilə görüşüb

Deputat Əhliman Əmiraslanov Türkiyə səfiri ilə görüşüb
# 21 sentyabr 2016 15:03 (UTC +04:00)

Bakı - APA. Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkunla görüşüb.

APA-nın məlumatına görə, komitə sədri səfirin 4 il ərzində Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib, iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə diplomata təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ə. Əmiraslanov qanunverici orqanlar səviyyəsində əməkdaşlığın genişləndirilməsini, deputatlarımızın müxtəlif beynəlxalq qurumlarda birgə fəaliyyətini təqdirəlayiq hesab edib. O, hər iki ölkənin parlamentindəki dostluq qrupları arasında səmərəli iş birliyinin, qarşılıqlı səfərlərin informasiya və təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

İ. Coşkun isə Azərbaycandakı fəaliyyəti dövründə ona olan münasibəti yüksək dəyərləndirdiyini, ölkəmizdən xoş təəssüratlarla ayrıldığını söyləyib. Diplomat dövlətlərimiz və xalqlarımız arasında olan çox sıx münasibətlər barədə danışıb. Qeyd olunub ki, Azərbaycan dinamik inkişaf edən, əlverişli geostrateji mövqeyə malik bir ölkədir.

Səfir görüşün sonunda gələcək fəaliyyətində də ölkələrimiz arasında əlaqələrin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR