Qətldə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Qətldə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 27 sentyabr 2016 16:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Tofiq Şəkərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 6-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il noyabrın 11-də Sabunçu rayonu Maştağa qəsəbəsi, A.M.Əbdülkərim küçəsində baş verib. Qəsəbə sakini 1977-ci il təvəllüdlü T.Şəkərov aralarında yaranmış mübahisə zəminində 1987-ci il təvəllüdlü İsmayıl Abdullayevi bıçaqlayaraq öldürüb. Hadisə borc üstündə baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR