"Qafqaz İnkişaf Bankı" 9 ayı mənfəətlə başa vurub

"Qafqaz İnkişaf Bankı" 9 ayı mənfəətlə başa vurub
# 22 oktyabr 2015 12:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin III rübündə “Qafqaz İnkişaf Bankı”nın aktivlərinin həcmi 159,363 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 11,68% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 19,09% artaraq 151,337 mln. manat olub.

Bu il oktyabr ayının 1-nə bankın istehlak kreditlərinin həcmi 36,189 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 80,17% çoxdur.

Bu ilin III rübdə bankın ipoteka kreditlərinin həcmi 2,369 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 38,06% çoxdur və kreditlərin hamısı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Bu ilin 9 ayında bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 33,82% artaraq 2,901 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 10,93% artaraq 8,448 mln. manat təşkil edib. Oktyabrın 1-nə əhalinin əmanətlərinin həcmi isə 6,880 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 24,69% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 4,74 % artaraq 54,308 mln. manata çatdığı halda, nizamnamə kapitalı 9,09 % artaraq 60 mln. manat təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 7,32% azalaraq 10,706 mln. manat, xərcləri isə 54,43% artaraq 9,738 mln. manata çatıb.

Bu ilin ilk doqquz ayı ərzində bankın əldə etdiyi mənfəət 968 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 3 filialı, 1 bankomatı, 4 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR