Azərbaycan XİN rəhbəri İndoneziyanın yeni səfirini qəbul edib

Azərbaycan XİN rəhbəri İndoneziyanın yeni səfirini qəbul edib
# 11 aprel 2016 13:11 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın yeni təyin olunmuş səfiri Hüsnan Bəy Fananini qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə səfir H. Fanani etimadnaməsinin surətini E. Məmmədyarova təqdim edib.

E. Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. Görüşdə Azərbaycanla İndoneziya arasında siyasi əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunaraq, iqtisadi-ticarət və turizm sahəsində əməkdaşlığın inkişafı üçün səylərin artırılmasının vacibliyi qeyd edilib.

Səfir H. Fanani diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib.

Nazir E. Məmmədyarov səfir H. Fananiyə diplomatik fəaliyyətində uğurlar arzu edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR