Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub, iki nəfər xilas edilib

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub, iki nəfər xilas edilib
# 30 dekabr 2015 13:03 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 5-ci, 6-ci mərtəbələrində tikilmiş ümumi sahəsi 4 kv.m olan köməkçi otağın 1 kv.m sahədə yanar konstruksiyaları, 3 ədəd su sayğacı və 10 p.m elektrik kabeli yanıb.

Yüksək temperaturdan mənzillərə gedən plastik su xətləri əriyib. Yanğın zamanı mənzildən bir azyaşlı və liftin içərisində köməksiz qalmış vətəndaş yanğınsöndürənlər tərəfindən xilas edilib. Sayğacların və elektrik kabellərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR