Serqey İvanov: “Sanksiyaların Rusiya iqtisadiyyatına təsirləri Qərb tərəfindən şişirdilir”

 Serqey İvanov: “Sanksiyaların Rusiya iqtisadiyyatına təsirləri Qərb tərəfindən şişirdilir”
# 19 oktyabr 2015 10:43 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Rusiya Böyük Səkkizlikdə iştirak üçün (G8) can atmır. Sanksiyaların Rusiya iqtisadiyyatına təsirləri isə Qərb tərəfindən şişirdilir.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezident administrasiyasının rəhbəri Serqey İvanov bildirib.
“Son sanksiyaların Rusiya iqtisadiyyatına törətdiyi fəsadlar çox şişirdilib. Əlbəttə, bu bizim üçün müəyyən çətinliklər yaradır, lakin biz keçmişdə daha ciddi problemlərlə üzləşmişik, ”- deyə S. İvanov bildirib.
Onun sözlərinə görə, Rusiyanı cəzalandırmaq mənasız və qeyri-effektivdir.
“Burda yeni nə isə yoxdur. Romanovlar sülaləsi hakimiyyətdə olduğu zamanlarda da sanksiyalar tətbiq ediblər. Ticarət və maliyyə məhdudiyyətləri tətbiq ediblər. Və o zamankı məhdudlaşdırıcı tədbirlər indikindən də ağır olub. ”
Serqey İvanov, həmçinin bildirib ki, Rusiyaya qarşı hər zaman şübhə ilə yanaşılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR