Tovuzda məktəbdə baş verən yanğın söndürülüb - YENİLƏNİB-2

Tovuzda məktəbdə baş verən yanğın söndürülüb  - <span style="color: red;">YENİLƏNİB-2
# 02 may 2016 17:10 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda orta məktəb binasında baş verən yanğın söndürülüb.

Tovuz rayon Yanğından Mühafizə hissəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, alov məktəbin 400 kv.m sahəsini yararsız hala salıb.

220 yerlik məktəb binasında 16 sinif otağı var. Burada 300 şagird iki növbədə təhsil alır. Yanğın zamanı binada ikinci növbədə təhsil alan 100-ə yaxın şagird olub. Onlar yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

*** 18.43

Bakı-APA. Tovuz rayonunda Alakol kəndində tam orta məktəbin binasında yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən məhdudlaşdırılıb.

***

17.39


Tovuz. Azər Məmmədli – APA. Tovuz rayonunda orta məktəb binasında yanğın başlayıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, yanğın Alakol kənd orta məktəbinin yeni binasında qeydə alınıb. Tovuz rayon Yanğından Mühafizə Hissəsindən bildirilib ki, hadisə yerinə 4 yanğınsöndürən avtomobil və 20-yə yaxın canlı qüvvə cəlb olunub.

Hazırda yanğının söndürülməsi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR