Ələsgər Məmmədoğlunun bu gün xəstəxanadan evə buraxılması nəzərdə tutulub

Ələsgər Məmmədoğlunun bu gün xəstəxanadan evə buraxılması nəzərdə tutulub
# 16 noyabr 2015 08:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Ələsgər Məmmədoğlunun vəziyyətinin ağırlaşması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə. Məmmədoğlu noyabrın 12-də yüksək təzyiq diaqnozu ilə Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib, həkimlərin tövsiyəsi ilə bir neçə gün müalicə alıb: “Xəstəxanada müalicə aldığı müddətdə aktyorun səhhəti Mədəniyyət və Turizm Nazirliyi və Akademik Milli Dram Teatrının rəhbərliyinin diqqətində olub, teatrın rəhbərliyi əməkdar artistə baş çəkib, onun vəziyyəti ilə maraqlanıb. Bu gün aktyorun özü ilə əlaqə yaradılıb, Ələsgər Məmmədoğlu bildirib ki, sağlamlığında narahatlığa səbəb olacaq hal yoxdur, özünü yaxşı hiss edir və bu gün xəstəxanadan evə buraxılması nəzərdə tutulub”.

Qeyd edək ki, 1946-cı il təvəllüdlü Ə. Məmmədoğlu bir çox teletamaşada - Şair (“Evləri köndələn yar” Anar), Milis (“Yaşıl eynəkli adam” V.Səmədoğlu), Nökər (“Mehmanxana sahibəsi” K.Haldoni), Dəmir -qaya “Topal Teymur” H.Cavid), Narsatan (“Qatarda” İ.Məlikzadə), Gümrah (“Alov” M.Hüseyn) kimi obrazlar yaradıb. “Mozalan” satirik kino- jurnalının 20 -yə yaxın süjetinə çəkilən Ə. Məmmədoğlu, “Ömrün səhifələri” (Ələsgər), “Xoşbəxtlik qayğıları”(Əlövsət), “Bəyin oğurlanması” (Ələsgər), "Tehran -43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısıdır. 2002-ci ildə Ə. Məmmədoğlu Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR