Lənkəran teatrı Bakıda iki tamaşa ilə çıxış edəcək

Lənkəran teatrı Bakıda iki tamaşa ilə çıxış edəcək
# 12 aprel 2016 18:39 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran Dövlət Dram Teatrının truppası Bakıda iki tamaşa ilə çıxış edəcək. Bu barədə məlumatı APA-nın cənub bürosuna teatrın direktoru Tofiq Heydərov verib. Onun sözlərinə görə, kollektiv mayın 4 və 5-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində italyan dramaturqu Eduardo de Filipponun “Ruhlar” və iranlı yazar Bəhram Beyzayinin “İlan Sultan” tamaşalarını nümayiş etdirəcək: “Hər iki tamaşa Şəkidə və İranın Tehran şəhərində keçirilmiş Beynəlxalq Teatr festivallarında mükafatlara layiq görülüb. Paytaxt tamaşaçıları qarşısında çıxışımız isə bir növ hesabat xarakteri daşıyacaq. Ümid edirəm ki, biz bu imtahandan da üzüağ çıxacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR