Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarına biletlərin yarısı satılıb

Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarına biletlərin yarısı satılıb
# 03 mart 2016 04:21 (UTC +04:00)

Bakı-APA. Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarının təşkilatçıları biletlərin yarısının satıldığını bildiriblər. APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Olimpiya oyunları-2016-nın kommunikasiya üzrə direktoru Mario Andrada bildirib.

“Açılış mərasiminə və digər böyük maraq doğuran tədbirlərə biletlər artıq satılıb”, - deyə Andrada bildirərək, bilet satışından əldə olunan gəlir 194 mln dollara çatıb.

Qeyd edək ki, Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarına, ümumilikdə, 7,5 mln bilet buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR