Ruhani ABŞ şirkətlərinin İrana sərmayə qoymasının əleyhinə deyil

Ruhani ABŞ şirkətlərinin İrana sərmayə qoymasının əleyhinə deyil
# 02 fevral 2016 22:52 (UTC +04:00)

Bakı-APA. İran prezidenti Həsən Ruhani ABŞ şirkətlərinin İrana sərmayə qoymasının əleyhinə olmadığını deyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Həsən Ruhani bu barədə “Press TV”-yə müsahibəsində bildirib.

“Əgər Amerika şirkətləri gəlib ölkəyə sərmayə qoymaq və istehsalatlarını İrana köçürmək istəyirlərsə, biz buna heç bir etirazımız yoxdur”, deyə Ruhani bildirib.

Qeyd edək ki, AEBA yanvarın 16-da İranın nüvə proqramına dair hesabatı təqdim etdikdən sonra ABŞ və Aİ İrana qarşı tətbiq olunan sanksiyaların götürüldüyünü bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR