Mərkəzi Bank: Devalvasiya barədə şayiələr əsassızdır

Mərkəzi Bank: Devalvasiya barədə şayiələr əsassızdır
# 22 avqust 2016 16:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Hazırda Dövlət Neft Fondu Mərkəzi Bankın təşkil etdiyi hərraclarda valyuta satışları həyata keçirir və bu satışlar davam etdiriləcək.

APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından belə bildirilib.

“Devalvasiya ilə bağlı şayiələr əsassızdır. Belə ki, manatın məzənnəsi mövcud məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklifdən asılı olaraq formalaşır”, - deyə məlumatda vurğulanıb.

Mərkəzi Bankdan bildirilib ki, valyuta satışı hərraclarının keçirilmədiyi günlərdə banklararası valyuta bazarı fəaliyyət göstərir və banklar valyuta tələblərini bu bazar vasitəsilə ödəyə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR