Salyan Telekommunikasiya Qovşağının rəisi işdən çıxarılıb

Salyan Telekommunikasiya Qovşağının rəisi işdən çıxarılıb
# 15 aprel 2016 16:50 (UTC +04:00)


Salyan. Əlibəy Zeynallı - APA. Salyan Telekommunikasiya Qovşağının rəisi işdə yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Faiq Nəcəfov rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin müvafiq əmri ilə işdən çıxarılıb.

Bu barədə məlumatı rayona ezam olunmuş “Aztelekom” MMC-nin Baş direktorunun müavini Tahir Məmmədov qovşağda keçirilən yığıncaqda elan edib.

Qeyd edək ki, bir müddət əvvəl Rabitə və Yüksək Texnologoialar Nazirliyi tərəfindən Salyan Telekommunikasiya Qovşağında audit yoxlama aparılıb və müəssisənin işində ciddi nöqsanlar aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR