Tovuzda yük maşını aşıb

Tovuzda yük maşını aşıb
# 08 yanvar 2016 10:24 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Türkiyə vətəndaşının idarə etdiyi “Tır” Tovuz rayonunda qəzaya uğrayıb. APA-nımn qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 445-ci kilometrliyində, Tovuz rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Türkiyə vətəndaşı, sürücü Bahri Ceceli “Tır”la hərəkətdə olarkən avtomobili yolun kənarındakı əkin sahəsinə aşırdıb. Qəza zamanı sürücü yüngül bədən xəsarəti alıb.

Yük maşınında olan dəmir materiallar ətrafa dağılıb. İlkin ehtimallara görə, hadisə sürücü dönmə əməliyyatını düzgün yerinə yetirə bilmədiyindən baş verib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR