Şəki sakini özünü tövlədə asıb

Şəki sakini özünü tövlədə asıb
# 08 mart 2016 06:58 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə 62 yaşlı kişi intihar edib.


Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə martın 8-də saat 06 radələrində rayonun Kiş kəndində qeydə alınıb.

Kiş kənd sakini, 1954-cü il təvəllüdlü Ələsgər Əsgər oğlu Niyzarovun meyiti yaşadığı evin həyətindəki mal tövləsində ailə üzvləri tərəfindən aşkar edilib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR