Pakistanda avtobusun dərəyə düşməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb - YENİLƏNİB

Pakistanda avtobusun dərəyə düşməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 15 avqust 2016 02:42 (UTC +04:00)

Bakı-APA. Pakistanda sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, daha 50 nəfər xəsarət alıb.

Yaralılardan bir çoxunun vəziyyəti ağır kimi qiymətləndirilir. Bu səbəbdən ölənlərin sayının artacağı ehtimal edilir.

Hadisə yerində xilasetmə əməliyyatı davam etdirilir.

Qəza Palandri və Hacira yaşayış məntəqələrini birləşdirən yolda qeydə alınıb. Qəzaya səbəb sərnişinləri toya aparan avtobus sürücüsünün idarəetməni itirməsi olub.

***

22:52

Bakı-APA. Pakistanda sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində 16 nəfər ölüb, 29 nəfər yaralanıb.


APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, xəsarət alanlardan 6-nın vəziyyəti ağır kimi qiymətləndirilir.


Qəza Palandri və Hacira yaşayış məntəqələrini birləşdirən yolda qeydə alınıb. İlkin məlumata əsasən, qəzaya səbəb 50-dən çox insanı toya aparan avtobus sürücüsünün idarəetməni itirməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR