Ermənistan Qarabağ münaqişəsi ilə bağlı ali səviyyədə görüşün planlaşdırılmadığını açıqlayıb

Ermənistan Qarabağ münaqişəsi ilə bağlı ali səviyyədə görüşün planlaşdırılmadığını açıqlayıb
# 18 aprel 2016 16:40 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ali səviyyədə görüşün keçirilməsini və görüşün tarixini ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə müzakirə etməyib".

APA-nın məlumatına görə, bu sözləri “RİA Novosti”yə açıqlamasında Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan deyib. O bildrib ki, indiki mərhələdə danışıqlar prosesinin tərəfləri və həmsədrlər ali səviyyədə görüşün keçirilməsinin mümkünlüyü və ya onun keçirilmə tarixi barədə danışmayıblar. V. Akopyan qeyd edib ki, Rusiya, ABŞ və Fransa prezidentləri Minsk Qrupunun həmsədr ölkələri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ olmadığını dəfələrlə vurğulayıblar. O, ölkəsinin də bu mövqeyi dəstəklədiyini söyləyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR