Bakıda DYP avtomobili minik avtomobili ilə toqquşub- FOTOSESSİYA

Bakıda DYP avtomobili minik avtomobili ilə toqquşub- <span style="color: red;">FOTOSESSİYA
# 03 iyul 2016 14:22 (UTC +04:00)

Bakı-APA. Bu gün saat 15:50 radələrində Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında, Sumqayıt-Bakı yolunda qəza baş verib.

APA-nın məlumatına görə, Dövlət Yol Polisinin 99 YP 734 dövlət nömrə nişanlı, BMW markalı avtomobili ilə 06 BE 009 dövlət nömrə nişanlı, “Audi” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində DYP avtomobili yararsız vəziyyətə düşüb, “Audi”-yə isə qismən ziyan dəyib.

Xəsarət alan yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR