Sumqayıtda 3 otaqlı mənzil yanıb, 1 nəfər tüstüdən zəhərlənib

Sumqayıtda 3 otaqlı mənzil yanıb, 1 nəfər tüstüdən zəhərlənib
# 24 may 2016 01:35 (UTC +04:00)

Bakı-APA. Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Yanğınsöndürənlər tərəfindən binadan 10 nəfər sakin təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR