İsraildə Azərbaycana dəstək askiyası keçirilib

İsraildə Azərbaycana dəstək askiyası keçirilib
# 15 aprel 2016 17:51 (UTC +04:00)

Bakı - APA. İsraildə Azərbaycana dəstək aksiyası keçirilib.

APA-nın xəbərinə görə, İsrailin Netanya şəhərində keçirilən aksiya “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatı və “Odlar Yurdu” İsrail-Azərbaycan teatr truppası tərəfindən təşkil olunub.

Aksiyanın keçirilməsində məqsəd aprel ayının əvvəllərində Ermənistanın təmas xəttində törətdiyi təxribatla bağlı Azərbaycana dəstək vermək olub.

Aksiyada 50-dən çox adam iştirak edib. Aksiya iştirakçıları 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı dəhşətlərini nümayiş edən plakat hazırlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR