Gəncədə hərbi qulluqçulara yeni mənzillər verilib

Gəncədə hərbi qulluqçulara yeni mənzillər verilib
# 24 iyun 2016 17:39 (UTC +04:00)

Bakı – APA. Gəncə şəhərində Azərbaycan Silahlı Qüvvələrində 20 il və daha artıq qüsursuz xidmət etmiş hərbi qulluqçulara daimi mənzillər verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə çıxış edən birlik komandiri general-mayor Xəqani Cəbrayılov hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesinin uğurla davam etdiyini bildirərək zabitlərə və onların ailə üzvlərinə Müdafiə Nazirliyi rəhbərliyinin təbriklərini çatdırıb.

Sonra Silahlı Qüvvələrin sıralarında xidmət edən, istefada və ehtiyatda olan 146 hərbi qulluqçuya mənzillərin sənədləri və açarları təqdim olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR